Ana Sayfa > Karusel / Qarabağ > Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə olub

Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə olub


18-03-2021, 20:47. Yazar: Admin

 

Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə olub

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanda olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib. 

Türkiyəli nazir Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla birgə Cəbrayılda yem bitkisi toxumunun səpilməsində, Zəngilanın “Qardaşlıq Bağı”nda 5 hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarının əkilməsində iştirak edib. APA

 

 

 


Geri dön