Ana Sayfa > Karusel / Gündəm > Fevralın 1-dən koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb

Fevralın 1-dən koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb


18-03-2021, 16:27. Yazar: Admin

Emin Əmrullayev: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək”

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir. 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. 

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub. Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Ümumi 714 işçi heyət virusa yoluxub. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”. 


Geri dön