Ana Sayfa > Karusel / Cəmiyyət > BANM tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçib

BANM tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçib


22-01-2018, 10:18. Yazar: Admin

 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın təşkil etdiyi “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” adlı kursda iştirak ediblər.

"Qarabaginfo"  xəbər verir ki, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Trend.az"a verilən məlumata görə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara Ali Məktəbin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 128 nəfər I kurs tələbəsi cəlb olunub.

Qeyd edək ki, yanvarın 11-dən 19-dək davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Nəzəri hissədə tələbələr ilkin olaraq dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin, onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə haqda məlumatlandırılıblar. Praktiki hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar.


Geri dön