Ana Sayfa > Karusel / Gündəm > Dövlət Xidmətindən əsassız qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Dövlət Xidmətindən əsassız qiymət artımı edənlərə XƏBƏRDARLIQ18-03-2021, 13:41. Yazar: Admin |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib.
Xidmətdən verilən məlumata görə, görüşdə Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda mövcud qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib.
Əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Geri dön |