Ana Sayfa > Karusel / Gündəm > "Ermənistan bu gün də mina xəritələrini verməkdən imtina edir" - Nazir
"Ermənistan bu gün də mina xəritələrini verməkdən imtina edir" - Nazir17-03-2021, 14:38. Yazar: Admin |
"Üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir. Həmin sənəddə bu açıq formada öz əksini tapıb". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib. "Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, 10 noyabr tarixindən sonra Ermənistan tərəfindən işğal edilmiş əraziləri 30 il ərzində çox kütləvi şəkildə minalaması nəticəsində bu əraziləri cansız məkana çevirən Ermənistan günü bu gün də mina xəritələrini verməkdən imtina edir. Bu, uzun illər ərzində bu ərazilərdə davam edən hərbi cinayətdir. Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalıdırlar. Ermənistana konstruktiv mövqe tutmaq baxımından əməli təsir və təzyiqlər edilməlidir", - nazir vurğulayıb. Geri dön |