Ana Sayfa > Karusel / Dünya > "Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edilib

"Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edilib


22-01-2018, 09:56. Yazar: Admin

 

 

Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.

"Qarabaginfo" xəbər verir ki, "Trend.az"ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.

Bundan başqa, əməliyyat nəticəsində 9 yaşayış məntəqəsinin də terrorçulardan azad edildiyi bildirilib. Məlumata görə, əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.


Geri dön