Bu gün Fransanın Strasburq şəhərində AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) qış sessiyası başlayır.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.
“Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasnın və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.
AŞPA-nın qış sessiyası zamanı yanvarın 24-də Ermənistan prezidenti Serei Sarkisyanın çıxışı gözlənilir.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü - yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.