Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda vaksinasiya olunanların sayı 460 mini keçib

Azərbaycanda vaksinasiya olunanların sayı 460 mini keçib


17-03-2021, 11:31. Yazar: Admin

Martın 16-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11 295 nəfər vaksinasiya olunub. 

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 462 951 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək


Geri dön