Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Nazir Tuğ məktəbindən YAZDI

Nazir Tuğ məktəbindən YAZDI


17-03-2021, 10:28. Yazar: Admin

Təhsil naziri Emin Əmrullayev Xocavənd rayonunun məşhur Tuğ kəndindəki məktəbdən yazıb.

Qarabaginfo.az-ın məlumatına görə, nazir bildirib:


“Bu günlərdə ölkə başçısı cənab İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib.

Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər.


1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib.

Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir.

Aşağıdakı fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub.


Geri dön