Ana Sayfa > Karusel / Qarabağ > Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib - VİDEO

Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib - VİDEO


16-03-2021, 23:56. Yazar: Admin

 

Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Qarabaginfo/az APA-ya istinad'n xəbər verir ki, bununla bağlı birinci xanım Mehriban Əliyeva şəxsi "Instagram" səhifəsində görüntülər paylaşıb.

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN", - paylaşımda belə deyilir.

 


Geri dön