Ana Sayfa > Karusel / Region > Paşinyanın deputat qaynı Rusiyaya sığındı - Foto

Paşinyanın deputat qaynı Rusiyaya sığındı - Foto


15-03-2021, 17:29. Yazar: Admin
Paşinyanın deputat qaynı Rusiyaya sığındı - Foto

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın qardaşı, deputat Hraçya Akobyan avtomobilini Rusiya nömrəsi ilə idarə etdiyi üçün yerli medianın tənqidinə tuş gəlib.

Qarabaginfo.az xəbər verir ki, jurnalistlər bunu deputatın qorxudan əcnəbi nömrənin arxasında gizlənməsi ilə izah ediblər.

"Akopyan belə saxta nömrənin arxasında gizlənməyə çalışır ki, xalq onu şəhərdə avtomobil idarə edən zaman tanımasın. O, özünün "Honda" markalı 055 HH 11 nömrəli avtomobilini boşuna rus nömrəsi ilə əvəzləməyib. Məlum məsələdir ki, müharibə bitərkən imzalanan təslim aktından sonra ictimaiyyət hakim komandada olanlara qarşı sərt münasibət sərgiləyirdi. Bu səbəbdən bəzi deputatlar və məmurlar çoxunun tanıdığı məşhur avtomobil nömrələrini dəyişdirməyə başladılar. Bununla da onlar yad nömrələr altında gizlənmiş oldular. Bunların arasında parlamentin vitse-spikeri Alen Simonyan və Lena Nazaryan da var idi ki, həmin şəxslər rəsmi parlament nömrələrini çıxararaq rus nömrələri ilə əvəz etmişdilər... Ancaq mətbuat operativ şəkildə onların bu hiyləgərliyini aşkara çıxardı və bəzi millət vəkilləri avtomobillərinin əsl nömrələrini yenidən taxmağa başladılar.

Maraqlıdır ki, Paşinyanın yaxın qohumu olan bu deputat hələ də Rusiya nömrəsini daşıyır. Bu yaxınlarda parlamentin girişində avtomobilini saxlayarkən onun fotosunu çəkiblər.

Qeyd etmək lazımdır ki, Ermənistan qanunları başqa bir dövlətin avtomobil nömrə nişanını daşımağı qadağan edir, bu da kobud pozuntu sayılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları gördüyümüz kimi bu qanunsuz hərəkətə göz yumurlar", - deyə erməni KİV-lərinin yaydığı məlumatda qeyd olunub. (Azvision.az)

Paşinyanın deputat qaynı Rusiyaya sığındı - Foto

Geri dön