Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama
Ana Sayfa > Karusel / Siyasət > DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama

DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama


15-03-2021, 11:01. Yazar: Admin

 

DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama
Mehman Hüseynov

“Bloger Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, M.Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub: “Məlumatın yoxlanılması məqsədilə saxlanılan Mehman Hüseynovdan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Abşeron rayonu ərazisində saxlanılan M.Hüseynov bir neçə saat sonra sərbəst buraxılıb.


Geri dön