Ana Sayfa > Karusel / Hadisə > Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi


14-03-2021, 14:11. Yazar: Admin

Ata Abdullayev saxlanıldı 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan özünü videobloqer kimi təqdim edən Ata Abdullayev barəsində həbs qərarı verilib. 

Qarabaginfo.az xəbər verir ki, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. 

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Məhkəmə prosesində çıxış üçün söz verilərkən özünü videobloqer kimi təqdim edən Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. 

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.


Geri dön