Ana Sayfa > Karusel / Dünya > ABŞ yeni qırıcılarını bazaya yerləşdirdi

ABŞ yeni qırıcılarını bazaya yerləşdirdi


13-03-2021, 20:05. Yazar: Admin

ABŞ Hərbi Hava Qüvvələri yeni F-15EX (EX-1) qırıcılarını Floridadakı “Eqlin” bazasına yerləşdirib.

Qarabaginfo.az xəbər verir ki, amerikalı yüksək rütbəli hərbçilər F-15-lərin son versiyası kimi hazırlanan qırıcıların böyük üstünlüyə malik olduğunu bildirirlər.

ABŞ ordusunun general-mayoru Skott Keyn bu tarixi qırıcının yeni versiyası ilə qürur duyduqlarını açıqlayıb.

Qeyd edək ki, ötən il “Boinq” şirkəti ilə F-15EX tədarükü çərçivəsində 22,8 milyard dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ABŞ Hərbi Hava Qüvvələri ilk mərhələdə təxminən 1,2 milyard dollarlıq 8 ədəd F-15EX qırıcını əldə etməlidir.

ABŞ ordusu 5 illik müdafiə proqramı çərçivəsində 76 ədəd F-15EX qırıcısını almağı planlaşdırır.(Axar.az )

 


Geri dön