Ana Sayfa > Karusel / İdman > "Formula 1": Fettelin də bolidi sınaq yürüşündə sıradan çıxdı
"Formula 1": Fettelin də bolidi sınaq yürüşündə sıradan çıxdı13-03-2021, 14:17. Yazar: Admin |
"Aston Martin"in bolidi "Formula 1" üzrə dünya çempionatının mövsümöncəsi Bəhreyndə keçirilən sınaq yarışlarının ikinci günündə sıradan çıxıb. Qarabaginfo.az xəbər verir ki, Sebastyan Fettelin idarə etdiyi avtomobil 6 dövrə vura bilib. Almaniyalı pilot texniki problemlər üzündən yarışa davam etməyib. Bolidin sürət qutusunda nasazlıq aşkarlanıb. Martın 12-də "Mercedes" komandasından Valtteri Bottas da eyni problemlə üzləşib. Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. (Report) Geri dön |