Ana Sayfa > Karusel / Siyasət > Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub


13-03-2021, 13:56. Yazar: Admin

 

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya sirkin əməkdaşı Mahir Hümbətov məlumat verib. Bu vəzifəyə Elmir Hüseynov təyin olunub.

O, sirkin keçmiş direktoru Vaqif Bağırzadənin martın 7-də vəfat etdiyini bildirib.

Yeni direktor E.Hüseynov 1978-ci il dekabrın 2-də Bakıda anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. O, 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.


Geri dön