Ana Sayfa > Karusel / Kriminal > Bakı sakinindən “Makarov” tipli tapança götürülüb
Bakı sakinindən “Makarov” tipli tapança götürülüb12-03-2021, 20:49. Yazar: Admin |
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 65 yaşlı Cənnət Məcidov saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb. O, tapançanı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib. Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |