Ana Sayfa > Karusel / Region / Səhiyyə > İranda son sutkada 53 nəfər koronavirusdan ölüb

İranda son sutkada 53 nəfər koronavirusdan ölüb


12-03-2021, 15:03. Yazar: Admin

 

İranda son sutkada 53 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 53 nəfər koronavirusdan (COVID-19) ölüb.

Qarabaqinfo.az-ın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 069 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8088 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1731558 nəfərə çatıb. Virus daşıyıcılarından 3829 nəfərin vəziyyəti ağırdır. Apa


Geri dön