Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib


12-03-2021, 15:01. Yazar: Admin

 

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

 

 

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.

Qarabaqinfo.az-in məlumatına görə, nazirin müşaviri vəzifəsinə Əhmədov Fərid Turab oğlu təyin olunub.

Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.


Geri dön