Ana Sayfa > Karusel / İdman > FİFA-nın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

FİFA-nın sabiq prezidenti xəstəxanadan evə buraxılıb


12-03-2021, 14:16. Yazar: Admin

FİFA-nın sabiq prezidenti Jozef Blatter xəstəxanadan çıxıb.

Qarabaqinfo.az saytının məlumatına görə, ali futbol qurumunun keçmiş rəhbəri evə buraxılıb.

Keçən ilin sonunda ürəyindən əməliyyat olunan və bu ilin əvvəlində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Blatterin indi özünü yaxşı hiss etdiyi açıqlanıb. 85 yaşlı isveçrəli hətta bir həftə komada da qalıb.

Qeyd edək ki, Jozef Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib.

ApaSport


Geri dön