
Sumqayıtda yanmış meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.
Qarabaqinfo az-ın verdiyi xəbərə görə, araşdırmalar zamanı meyiti tapılan şəxsin tüfeyli həyat tərzi keçirən, 1942-ci il təvəllüdlü Allahverdiyeva Safura Qarun qızı olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda yanmış qadın meyiti tapılıb.
Qarabaqinfo.az-ın məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.
Belə ki, qarajların arasında yanmış qadın meyiti aşkarlanıb. Yanan şəxsin kimliyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri və yananın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Geri dön
|