Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb

Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb


20-01-2018, 11:39. Yazar: Admin

 

 

hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu 2 banka məxsus 11 avtomobili açıq hərracda satıb.

"Qarabaginfo"xəbər verir ki, Fondan “Report.az”a verilən məlumata görə, hərrac Respublika Xammal və Əmtəə Birjasında baş tutub.

“Bank Standard” QSC-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, eləcə də “Atrabank”ın balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” markalı minik avtomobilləri satılıb. 


Geri dön