Ana Sayfa > Karusel / Gündəm > Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb
Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb12-03-2021, 11:50. Yazar: Admin |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhəti ilə bağlı məsələ Heydər Əliyev Fondunun nəzarətindədir. Bunu teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib. Onun sözlərinə görə, P.Bağırov Fondun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb: “O, bir neçə gün reanimasiyada qalıb, sonradan palataya köçürürlüb. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır. Huşu aydındır, yaddaşında və nitqində bəzi problemlər var. İnsult keçirdiyi üçün bir qolu tamamilə işləmir. İntensiv müalicəsi davam etdirilir. Xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələ məlumat yoxdur”.Report Geri dön |