Ana Sayfa > Karusel / Gündəm > Xocalı aeroportu açılır? – Yeni XƏBƏR VAR

Xocalı aeroportu açılır? – Yeni XƏBƏR VAR


12-03-2021, 11:40. Yazar: Admin

Xocalı aeroportunun 2021-ci ilin dekabrında açılacağı ilə bağlı xəbərlər yayılıb.

 

Qarabaginfo.az Ermənistanın “İravunk” qəzetinə istinadən xəbər verir ki, aeroportdan Rusiyanın hərbi nəqliyyat təyyarələrinin istifadəsi üçün icazə verilə bilər.

“Xankəndi aeroportu 2021-ci ilin dekabrının birinci ongünlüyündə açıla bilər. Rusiya aviasiyasının hərbi nəqliyyat təyyarələri Xocalı aeroportundan Dağlıq Qarabağdakı humanitar mərkəzlərə xidmət üçün istifadə edəcək”- deyə nəşr iddia edir.

 

Xatırladaq ki, Xocalı aeroportu uzun illər ərzində Qarabağda fəaliyyət göstərən yeganə hava limanı olub.

Modern.az


Geri dön