Ana Sayfa > Karusel / Region > İrandan Rusiyaya kələm aparan şəxsdən külli miqdarda valyuta aşkar edilib

İrandan Rusiyaya kələm aparan şəxsdən külli miqdarda valyuta aşkar edilib


20-01-2018, 11:36. Yazar: Admin

 

 

Rusiya vətəndaşından 528 min dollardan çox vəsait götürülüb

Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb.

"Qarabaginfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön