Ana Sayfa > Karusel / Qarabağ > Ruslar Kəlbəcərə 130 ton humanitar yük göndərdi

Ruslar Kəlbəcərə 130 ton humanitar yük göndərdi


11-03-2021, 23:11. Yazar: Admin

 

Kəlbəcərə 20 yük avtomobilindən ibarət 130 ton humanitar yük çatdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin 6-cı karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcərə çatdırıb.

Humanitar yardım 9 noyabr 2020-ci il tarixli saziş çərçivəsində Azərbaycan tərəfinə göstərilib. (Axar.az)

 


Geri dön