Ana Sayfa > Karusel / Region > Davtyan prezidentin razılığı olmadan Ermənistanın Baş Qərargah rəisi olacaq
Davtyan prezidentin razılığı olmadan Ermənistanın Baş Qərargah rəisi olacaq11-03-2021, 23:03. Yazar: Admin |
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Artak Davtyanın təyin olunması ilə bağlı təqdimatını yenidən təsdiq etməyib. Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, qanuna görə Artak Davtyan bu vəzifəyə avtomatik təyin edilib. Konstitusiyaya görə, prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Prezident bu tələbləri yerinə yetirmirsə, baş nazirin təqdimatı avtomatik olaraq qüvvəyə minir. “Prezident fərman imzalamayacaq və Konstitusiya Məhkəməsinə müraciət etməyəcək”-deyə, Ermənistan prezidentinin saytında yer alan açıqlamada deyilir. Geri dön |