Ana Sayfa > Karusel / Gündəm > Bakıda 200-dən çox sürücüyə “siqnal cəriməsi” kəsildi - Yol Polisi bir daha xəbərdarlıq etdi
Bakıda 200-dən çox sürücüyə “siqnal cəriməsi” kəsildi - Yol Polisi bir daha xəbərdarlıq etdi11-03-2021, 15:14. Yazar: Admin |
![]() Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib. Qeyd edilib ki, günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər.
Son zamanlar Bakı şəhərində hərəkət intensivliyinin yüksək olduğu ilə əlaqəli səs siqnallardan istifadə edən sürücülərin sayca çoxalmasının şahidi olmuşuq və tərtib edilən protokolların təhlilində bunu görürük. Ona görə dünən bir daha sürücülərin hüquq və vəzifələrini yada saldıq. Təbliğatı gücləndirmək məqsədi ilə qoyulan tələblər yerinə yetirilsin. Əks halda, inzibati tənbeh tədbirlər həyata keçirilə bilər”.
Yersiz siqnallar məsələsinə gəldikdə isə tək 2021-ci ilin yanvar, fevral aylarında 200-dən artıq sürücü yersiz siqnaldan istifadə etdiyi üçün cərimələnib. Sizin vasitənizlə bir daha səs siqnallarından yersiz istifadə edən sürücülərə tövsiyə edirik ki, qoyulan qaydalara əməl etsinlər”. Geri dön |