Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Sülhməramlı kontingentdən Kəlbəcər AÇIQLAMASI

Sülhməramlı kontingentdən Kəlbəcər AÇIQLAMASI


11-03-2021, 13:02. Yazar: Admin

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanın Kəlbəcər rayonu ilə bağlı açıqlama yayıb.

 

Qarabaginfo.az Rusiya komandanlığına istinadən xəbər verir ki, rayonda sosial obyeklərin və evlərin elekrik enerjisi, həmçinin, su sistemini bərp etmək üçün əraziyə sülhməramlıların müşaiyəti ilə Azərbaycan məxsus humanitar avtomobil karvanı gəlib. Humanitar karvan KamAZ markalı 20 hərbi avtomobildən və müşaiyətçi avtomobillərdən ibarət olub. Onlar Kəlbəcər rayonuna 130 tondan artıq (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar, tikinti materialları) gətirib.

 

Rusiya sülhməramlı kontingenti Azərbaycana tərəfinə yardımı 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmanın şərtlərinə uyğun həyata keçirilib.
Modern.az


Geri dön