Ana Sayfa > Karusel / Gündəm > Nazir müavini: "Azərbaycanda COVID-19-a yoluxanların vaksinasiyası məsələsinə hələ ki baxılmır"

Nazir müavini: "Azərbaycanda COVID-19-a yoluxanların vaksinasiyası məsələsinə hələ ki baxılmır"


11-03-2021, 11:41. Yazar: Admin

 

Nazir müavini: "Azərbaycanda COVID-19-a yoluxanların vaksinasiyası məsələsinə hələ ki baxılmır"

"Azərbaycanda hələ ki, COVID-19-a yoluxanların vaksinasiyası nəzərdə tutulmur".

Bu barədə APA-ya Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, peyvənd alındıqca “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  vaksinasiya həyata keçiriləcək: “COVID-19-a yoluxanların peyvənd olunması məsələsi də öz həllini tapacaq. 

Bütün maraqlı məsələlərə yenidən baxıla bilər. Hələ ki, koronavirusa yoluxanların peyvənd olunması məsələsinə baxılmır. Amma hər bir halda bu məsələlərə yenidən qayıtmaq olacaq”.

 


Geri dön