Ana Sayfa > Karusel / Gündəm > Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yük çatdırdı

Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yük çatdırdı


11-03-2021, 10:23. Yazar: Admin

Qarabağdakı Rusiya sülhməramlı kontingenti Kəlbəcərə yük daşınması prosesində iştirak edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 20 "KamAZ" avtomobili vasitəsilə 130 ton yük Kəlbəcər ərazisinə çatdırılıb. Yük daha çox tikinti materialları və digər humanitar məqsədli ləvazimatlardan ibarət olub.

 

Karvanda yük maşınları ilə yanaşı, müşayiətedici avtomobil də iştirak edib.


Geri dön