Ana Sayfa > Karusel / Dünya > NATO generalı Ukraynaya gəldi

NATO generalı Ukraynaya gəldi


11-03-2021, 00:14. Yazar: Admin

 

NATO-nun birləşmiş quru qoşunlarının komandanı general-leytenant Rojer Klotyenin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sirski məlumat verib.

Onun sözlərinə görə, Rojer Klotye ilə görüş zamanı tərəflər Ukrayna və Alyansın quru qoşunları komandanlığı arasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.(Axar.az )

 


Geri dön