Ana Sayfa > Karusel / Gündəm > Qatarla avtobusun toqquşma səbəbi açıqlandı
Qatarla avtobusun toqquşma səbəbi açıqlandı10-03-2021, 16:44. Yazar: Admin |
Bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Qarabaginfo.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: "Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. "Azərbaycan Dəmir Yolları" QSC adından Murtuz Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!". Geri dön |