Ana Sayfa > Karusel / Gündəm > “Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü
“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü10-03-2021, 14:56. Yazar: Admin |
Bu gün günorta saatlarında Sumqayıtda teplovozun vurduğu avtobus “Azərbaycan Dəmir Yolları” (ADY) İdarəsinin əməkdaşının üzərinə aşıb, həmin şəxs hadisə yerində vəfat edib. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, günorta saat 13 radələrində boş avtobus dəmir yolunun üzərindən keçərkən texniki nasazlıq baş verib və avtobus sönərək xəttin üzərində qalıb. Bu zaman dəmir yolunda hərəkətdə olan teplovoz avtobusla toqquşub və avtobus aşaraq teplovozun hərəkətini tənzimləyən əməkdaşın üzərinə düşüb. ADY əməkdaşı hadisə yerində vəfat edib. Qəzaya düşən avtobus sərnişin avtobusu olmayıb və ictimai nəqliyyata aidiyyatı yoxdur. Həmin avtobusun Sumqayıtda fəaliyyət göstərən zavodlardan birinə məxsus olduğu bildirilir. Geri dön |