Ana Sayfa > Karusel / Gündəm > Qasparyan Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət etdi

Qasparyan Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət etdi


10-03-2021, 13:50. Yazar: Admin

 

Qasparyan Paşinyanın qərarı ilə bağlı məhkəməyə müraciət etdi

 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın onun barəsində çıxardığı istefa qərarına etiraz etmək üçün İnzibati Məhkəməyə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Qərargahın informasiya şöbəsinin müdiri Samvel Asatryan tərəfindən feysbukda yayımlanan müraciətdə qeyd olunub.

Qasparyan mövqeyinin dəyişməz olaraq qaldığını, həm Baş nazirin açıqlamasının, həm də istefa qərarının konstitusiyaya zidd olduğunu qeyd edib. Onun sözlərinə görə, mövcud böhran yalnız Paşinyanın istefası və erkən seçkilərin keçirilməsi ilə həll oluna bilər.

“Ermənistanda Konstitusiya və qanunun üstünlüyünü təmin etmək və yalnız qanunlar əsasında güc tətbiq etmək üçün İnzibati Məhkəməyə müraciət etdim. Vətənə və erməni xalqına xidmətimi davam etdirəcəyəm”,- deyə Qasparyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan bu gün bəyanat yayaraq Onik Qasparyanın martın 10-dan vəzifəsindən azad edildiyini elan edib.


Geri dön