Ana Sayfa > Karusel / Gündəm > XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"

XİN başçısı: "Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib"


10-03-2021, 13:16. Yazar: Admin

 

XİN başçısı: Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib

“Macarıstan uzun illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddətdə Macarıstan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Xüsusilə Vətən müharibəsi dövründə Macarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndiririk”, - o bildirib.


Geri dön