Ana Sayfa > Karusel / Region > Rusiya çökür, xilas ola bilməyəcəyik – Saruxanov
Rusiya çökür, xilas ola bilməyəcəyik – Saruxanov10-03-2021, 12:53. Yazar: Admin |
Rusiyada 2011-ci ildən iqtisadi durğunluq hökm sürür. Onun səbəbi təkcə qorunub saxalanan xalq təsərrüfatının arxaik strukturu yox, həm də innovasiya və investisiya prosesləri üçün gərəkli institutların olmamasıdır. Hətta əgər koronavirus yoxa çıxsa, sanksiyalar ləğv edilsə, neft yenidən 100 dollar olsa belə, 2000-ci illərin əvvəlindəki kimi iqtisadi sıçrayış artıq olmayacaq. Qarabaginfo.az xəbər verir ki, bu sözlər rusiyalı iqtisadçı Pyotr Saruxanov “Novaya qazeta” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Rusiyanın çoxdan institusional reformlara ehtiyacı var və o, miqyasına görə 90-cı illərdə Yeltsin-Qaydarın apardığı reformlardan geri qalmamalıdır. Ekspert bu islahatlardan ən başlıcasının dövlət hakimiyyətinin yenidən qurulması olduğunu bildirib: “Rusiyanın hazırkı rəhbərliyi və ilk növbədə prezident bunun barəsində düşünmür. O hesab edir ki, yaradılmış “təhlükəsizlik yastığı” situasiyanı islahatlarsız nəzarətdə saxlamağa kömək edəcək”. İqtisadçı Avropa Birliyinin 2050, Çinin isə 2060-cı ilə qədər iqtisadiyyatında dekarbonizasiyanı təmin edəcəyini bildirib. Bunun Rusiya üçün böyük problem olduğunu bildirən iqtisadçı, həmçinin Rusiyaya qoyulan sanksiyaların ləğv edilməməsinin onun müasir texnologiyalar əldə edilməsinə mane olduğunu bildirib. O, Rusiyanın neft-qaz hasilatının zaman keçdikcə şimala doğru sürüşdüyünü və burada hasilatın Moskvaya baha başa gəldiyini yazıb. Rusiyadakı demoqrafik vəziyyətə toxunan ekspert 40 yaşdan aşağı olan insanların sovet dövrünün sonu və Rusiyanın müstəqilliyinin ilk illərindəki vəziyyəti görmədiklərini və onların mövcud vəziyyətlə barışmayacağını bildirib: “SSRİ-nin son illərində və yeni Rusiyada anadan olan insanların belə vəziyyətdə hələ çox yaşayacaqlarını dərk etməsi çox güclü qıcıqlandırıcıdır. Ona görə də onlardan ən aktivləri ilk imkanda ictimai etirazlara qoşulacaq, bəziləri isə siyasi fəaliyyətə başlayacaq”. Bununla belə o, yaxın zamanlarda Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olan etiraz dalğası gözləmədiyini, amma orta müddətli perspektivdə (5-10 il) iqtisadiyyatda durğunluğun və bütün ictimai institutlarda deqradasiyanın davam edəcəyini bildirib. Ekspertin fikrincə, bu müddət ərzində 20-40 yaş arasında olan insanlarda şəxsiyyətin sınması, həyata enerjisinin ölməsi, marginallaşma, siyasi radikallaşma baş verəcək və ölkədən emiqrasiya trendə çevriləcək: “Əgər bizdə daha bir neçə il durğunluq və deqradasiya olarsa, o zaman hətta fizioloji səbəblər ucbatından hakimiyyətə gələcək indiki 30-40 yaş arasındakı nəslin nümayəndələri belə bizi yüz il ərzində dayanmadan salınan gerilik kimi tarixi xəndəkdən çıxara bilməyəcəklər. Hətta yeni xarizmatik lider belə bunu edə bilməyəcək, çünki XXI əsr şaquli xətt üzrə kollektiv fəaliyyət, üfüqi xətt üzrə ictimai əlaqə və münasibətlər tələb edir”. İqtisadçı daha inkişaf etmiş ölkələrin Rusiyadan fərqli olaraq güclü iqtisadi artıma keçəcəyini, Rusiyanın isə qatardan ayrılmış vaqon kimi qalacağını söyləyib. (Axar.az )
Geri dön |