Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb10-03-2021, 12:08. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək. Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır. Məktəb direktoru Söhbət Salmanov koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib. (APA) Geri dön |