Ermənistanın müxalifət qüvvələri Yerevanda mitinq keçirir.

Qarabaginfo.az xəbər verir ki, “Vətənin xilası hərəkatı”nın tərəfdarları Dəmirçyan küçəsindəki parlament binasının xidməti girişində iki böyük çadır qurublar.

Binanın qarşısına yeni polis qüvvələri cəlb olunub. Hərəkatın üzvü Taron Tonoyan vəziyyətin gərginləşə biləcəyini deyərək qadınları və uşaqları meydandan çəkilməyə çağırıb. (Unikal.org)