Ana Sayfa > Karusel / Region > Ermənistanın ordusunun baş qərargahının sabiq rəisi vəzifəyə gətirildi

Ermənistanın ordusunun baş qərargahının sabiq rəisi vəzifəyə gətirildi


9-03-2021, 20:09. Yazar: Admin
Ermənistanın ordusunun baş qərargahının sabiq rəisi vəzifəyə gətirildi
Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi Artak Davtyan yeni vəzifəyə təyin edilib. Bu barədə “Aykakan jamanak” nəşri yazıb.
 
Davtyan baş qərargahın xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsinə təyin olunub. Təyinat müdafiə naziri Vaqarşak Arutyunyanın əmri ilə həyata keçirilib.
 
Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
 
Xatırladaq ki, Davtyan 2020-ci ilin iyun ayında əvvəlki vəzifəsindən istefa verib. Bunun mümkün səbəbi kimi Baş Qərargahın keçmiş rəisinin fövqəladə vəziyyət şəraitində oğluna toy etməsi göstərilib. Daha sonra o, hərbi-sənaye komitəsinin sədri vəzifəsində çalışıb.(moderator.az)

Geri dön