Ana Sayfa > Karusel / Gündəm > Yoluxma yenidən artdı - aktiv xəstə sayı 4 mini ötdü

Yoluxma yenidən artdı - aktiv xəstə sayı 4 mini ötdü


9-03-2021, 16:53. Yazar: Admin

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297  yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 237260 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229915 nəfər müalicə olunaraq sağalıb, 3250 nəfər vəfat edib, aktiv xəstə sayı 4095 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5252, hazırkı dövrədək isə 2663151 test aparılıb. 

 

 

  

Geri dön