Ana Sayfa > Karusel / Gündəm > Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı

Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı


9-03-2021, 14:24. Yazar: Admin

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli İstanbul Konvensiyasının yolverilməz olduğunu bildirib. 


Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, T.Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb:

“Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir.

İstanbul Konvensiyası qadın və kişiyə sosial varlıq kimi baxır. Bu isə yanlışdır. Onda belə çıxır ki, iki kişi bir-birilə evlənə bilər”.


Geri dön