Ana Sayfa > Karusel / Gündəm > Belarus "Drujba" kəməri ilə neft nəqlini bərpa edib

Belarus "Drujba" kəməri ilə neft nəqlini bərpa edib


9-03-2021, 14:06. Yazar: Admin

Belarus "Drujba" kəməri ilə neft nəqlini bərpa edib

Belarusun Mozır Neft Emalı Zavodu (NEZ) plana uyğun olaraq “Drujba” boru kəməri ilə neftin qəbuluna başlayıb.

Qarabaqinfo.az-n TASS-a  istinadən verdiyi məlumata görə, bu barədə "Transneft"in mətbuat katibi İqor Demin bildirib.

Məlumata görə, martın əvvəlindən NEZ Azərbaycan neftini qəbul edirdi.

 

“Martən əvvəlindən Azərbaycan neftinin bir partiyasının qəbulu ilə bağlı yaranan fasilədən sonra Mozır NEZ-i bu gündən “Drujba” ilə neftin qəbuluna başlayıb”, - İ. Demin qeyd edib.

Xatırladaq ki, Mozır NEZ-i Belarusda yerləşən iki neft emalı zavodundan biridir. “SOCAR Trading” ilə əldə edilən razılığa görə, bu il Belarus tərəfi 1 mln. tona yaxın neft qəbul edəcək. APA


Geri dön