Ana Sayfa > Karusel / Gündəm > Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib
Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib9-03-2021, 14:04. Yazar: Admin |
Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib. Qarabaginfo.az “Report”a xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb. "HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o deyib. Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib. Geri dön |