Ana Sayfa > Karusel / Gündəm > Paşinyan istefaya gedir?

Paşinyan istefaya gedir?


9-03-2021, 13:17. Yazar: Admin

 

Paşinyan istefaya gedir?

 

Ermənistan Baş naziri Nikol Paşinyan martın 9-u və ya 10-u istefa verməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Past” nəşri hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Paşinyan bir sıra hökumət rəsmilərini 9 martda Baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi qərarı qüvvəyə mindikdən və bununla ordudan heç bir təhlükə görmədikdən sonra istefa verəcəyinə və mayda erkən seçkilərin keçiriləcəyinə əmin edib.

Bununla belə nə generallar, nə də ki, siyasi dairələr Paşinyanın bu vədinə inanmır. Digər tərəfdən, ölkədə erkən seçkilər olduğu təqdirdə hökumət qurumlarının görünməmiş miqyasda inzibati resurslardan istifadə edərək seçki nəticələrini saxtalaşdıracağı fikri hakimdir.


Geri dön