Ana Sayfa > Karusel / Gündəm > Aliment Fondunun yaradılmasını təklif olundu

Aliment Fondunun yaradılmasını təklif olundu


9-03-2021, 11:56. Yazar: Admin

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aliment Fondunun yaradılmasını  təklifi edir.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ombudsmanın 2020-ci il üzrə məruzəsində qeyd olunub.

 

Məruzədə vurğulanan təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır.

 

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Geri dön