Ana Sayfa > Karusel / Sosial > Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu


7-03-2021, 18:33. Yazar: Admin

 

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - YENİLƏNİB

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

Onunn Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır. (Report)


Geri dön