Ana Sayfa > Karusel / Səhiyyə > 9 min hərbçi peyvənd olundu
9 min hərbçi peyvənd olundu7-03-2021, 14:31. Yazar: Admin |
Müdafiə Nazirliyi Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab verib. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır. Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb. Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır. Bu günədək 9 minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub”. Geri dön |