Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı  
Ana Sayfa > Karusel / Gündəm > Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı  

Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı  


5-03-2021, 22:19. Yazar: Admin

 

Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Xabarovsk vilayətinin Uzaq Şərq - Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir.


Geri dön