Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Azərbaycanda siyasi partiyaların sayı 56 oldu
Azərbaycanda siyasi partiyaların sayı 56 oldu5-03-2021, 14:41. Yazar: Admin |
Bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib. Qarabaginfo.az-ın xəbərinə görə, bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb. YAP-a qoşulan partiyalar aşağıdakılardır: 1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır) 2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb) 3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur) 4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova) 5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur) 6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur). Geri dön |